Azərbaycanda özünəməxsus idarəetmə sistemi və biznes yanaşması ilə fərqlənən Huner Group çalışanlarının əmək haqları artırılıb. FED.az biznes maliyyə portalı xəbər verir ki, bu barədə şirkətin təsisçisi və direktoru Ehtiram Quliyev öz sosial şəbəkə hesabında paylaşım edib.
“Huner Group-da işləyən əməkdaşların nəzərinə!
Cənab Prezident bu yaxınlarda dövlət büdcəsindən maliyələşən bir sıra dövlət qurumlarında çalışan işçilərin əmək haqqının 20 % artırılması haqqında sərəncam imzaladı.
Biz də bir özəl təşkilat olaraq dövlətimizin siyasətinə səs verdik və Huner Group-un tərkibində olan müəssisələrdə (Huner Group-un baş ofisi, Premium Medical Assistance, "Darçın" aptekləri, Tamam A) çalışan bütün əməkdaşlarımızın əmək haqqını 20 % artırırıq!