Xəbər verdiyimiz kimi, “Huawei” şirkətin maliyyə direktoru Vançjou Men həbs edilib. Onun ABŞ-a ekstradisiya ediləcəyi gözlənilir.
Şirkətin Bakı ofisi sözügedən həbslə bağlı məlumat yayıb. Həbsin motivləri şirkətə açıqlanmayıb və hadisə ilə bağlı heç bir səbəb göstərilməyib.
“Huawei” rəsmiləri inanır ki, ABŞ və Kanada hökuməti məsələ ilə əlaqədar doğru qərar çıxara biləcək.
ELƏCƏ DƏ BAX: "Huawei"nin sahibinin qızı və qlobal direktoru Kanadada həbs edildi
Şirkət fəaliyyət göstərdiyi ölkələrin qanunlarına tabe olur, həmçinin BMT, ABŞ və Aİ-nin ixrac qətnamələrinə daim əməl edir.
Qeyd edək ki, o, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaları pozması iddiası ilə saxlanılıb.