"Xerox"dan, kompüter istehsalçısı HP-ni satın almaq üçün 27 milyard dollarlıq təklif.
ABŞ-ın "Xerox Holdings Corp" şirkəti fərdi kompüter istehsalçısı HP-ni satın almaq üçün 27 milyard dollar nağd və səhmindən ibarət təklif verməyi qiymətləndirir.
FED.az xəbər verir ki, bunu "Wall Street Journal" yazıb.
Eləcə də bax: “HP Inc.” şirkəti işçilərin bir hissəsini - İXTİSAR EDƏCƏK
Xəbərə görə, Xerox-un idarə heyəti dünən bu təklifi qiymətləndirib.
HP spikeri "Reuters"ə verdiyi açıqlamada bildirib ki, söz-söhbətlər ya da fərziyyələr ilə bağlı şərh verməyəcəklər.
"Xerox" "Reuters"in açıqlama tələbinə cavab verməyib.
Marja