Hollandiyanın tibbi cihaz istehsalçısı və tədarükçüsü “Optec Holding B.V.” Azərbaycandakı filialının ləğv olunduğunu elan edib.
FED.az Vergilər Nazirliyinə istinadən xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1012 Baku şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, ev 8 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, bu holdinq Almaniyanın “Ziess Group”una daxil olmaqla, tibb üzrə yüksək texnologiyalar və elmi-tədqiatlar üzrə ixtisaslaşan şirkətdir. MDB-nin 15 ölkəsində fəaliyyət göstərir.