Azərbaycanın ən iri inşaat şirkətlərindən olan Avro-Asiya İnşaat Korporasiyası “EVRASCON” ASC, səhmdarlarının növbəti ümumi yığıncağının vaxtında məcburi dəyişiklik edildiyini elan edib.
FED.az xəbər verir ki, dəyişikliyə səbəb Nazirlər Kabinetinin iş və istirahət günlərinin yerdəyişməsi ilə bağlı qəbul etdiyi son qərardır.
Korporasiyadan verilən rəsmi məlumata görə, dəyişiklik Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” 4 iyun 2025-ci il tarixli, 174 nömrəli qərarına əsasən həyata keçirilir. Həmin qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci ilin 27 iyun (Cümə) iş günü ilə 21 iyun (Şənbə) istirahət gününün yerləri dəyişdirilib.
Bu səbəbdən, əvvəlcədən 27 iyun 2025-ci il, saat 19:00-a təyin edilmiş səhmdarların ümumi yığıncağının vaxtı yeni iş qrafikinə uyğunlaşdırılıb.
Beləliklə, yığıncaq daha erkən tarixə – 25 iyun 2025-ci il, saat 19:00-a keçirilib.
“EVRASCON” ASC bu dəyişikliklə bağlı səhmdarlarına müraciət edərək, məsələyə münasibət bildirmək və əlavə məlumat almaq üçün şirkətin baş ofisinə yaxınlaşmağı tövsiyə edib.
Açar