Azərbaycanda biznes sektoru üçün mühüm sahələrin birində böyük güzəştlərin başlanacağı gözlənilir.
FED.az xəbər verir ki, söhbət tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin məbləğindən gedir.
Nazirlər Kabineti özünün 28 sentyabr 2023-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi Qaydaları”nda dəyişiklik edib. Qərara əsasən bundan sonra tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin məbləğini Tarif (Qiymət) Şurası təsdiq edəcək.
Bu qərardan sonra Tarif Şurası tərəfindən elektrik enerjisinə qoşulma tariflərinə yenidən baxılması və mövcud tariflərin dəyişdirilməsi gözlənilir.
Qeyd edək ki, indiyədək tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması tarifləri sahibkarların ən çox narazılıq etdiyi məsələlərdən idi.
Sonuncu dəfə bu tariflər Nazirlər Kabinetinin özü tərəfidən hələ 2018-ci ildə qəbul etdiyi 180 saylı qərarla müəyyən edilmişdi. Xatırladaq ki, həmin qərar 3 ay əvvəl ləğv edilib.
İş adamları, 30-40 min manat ödəyib enerji şəbəkəsinə qoşulmayın – TARİFLƏR UCUZLAŞACAQ – İNDİKİ QİYMƏTLƏR
Sözügedən qərarda tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün olduqca yüksək tariflər müəyyən edilmişdi.
Belə ki, (hazırda qüvvədən düşmüş) qərara əsasən sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün ən aşağı tariflər – 5 kvt-a qədər olan qiymətlər 630-840 manat arasında dəyişirdi.
5-10 kVt arasındakı tariflər 1080-1440 manat, 10-15 kVt arasındakı tariflər 1800-2400 manat, 15-20 kVt arasındakı tariflər 3100-4100 manat arasında dəyişirdi.
Biznes üçün vacib olan 3 fazalı xətlərə qoşulmaq üçün isə tariflər daha yüksək idi. Elə həmin qərara əsasən 3 fazalı xətlərə qoşulmaq üçün tariflər (hələ 5 kVt-a qədər olanlar) 1245-1660 manat arasında idi.
20 kVt-da bu qiymətlər 5027-6703 manat, 50 kVt-da 11259-15012 manat, 100kVt-da 18 624-24832 manat, 150 kVt-da isə 23 040-30720 manat arasındva dəyişirdi.
Bu prosesi daha tez, məsələn 10 güunə etmək istəyənlər isə dediyimiz kimi, 50% artıq ödəniş etməli idirlər. Nəticədə, məsələn sonuncu misalda qoşulma haqqları 34-35 min manatdan başlayır və 46 min manatadək böyüyürdü. İş adamları və oxucularda dəqiq təsəvvür olsun deyə hazırda qüvvədən düşmüş tariflərin cdvəlini bölüşürük (Cədvəl_Qoşulma_xərci).
Belə yüksək tariflər biznes subyektlərinin, xüsusilə də bölgələrdəki kiçik və orta sahibkarların böyük narazılığına səbəb olurdu. Sahibkarların FED.aza bildirdiyi kimi, enerji şəbəkəsinə qoşulmaq üçün sadəcə icəzənin xərci, obyektə alınan transformatordan bir neçə dəfə baha başa gəlirdi.
Bundan başqa transformatorum yoxdur onu quraşdırmaq üçün azı 32 min manat tələb olunur.
- Transformatoru quraşdırmaq üçün 32 min manat tələb olunur? Sizin işıq xəttiniz varsa, transformator nə üçün lazımdır?
- Hazırda biz bu məsələdə böyük çətinlik yaşayırıq. Bizim otelin işıqları əhali üçün nəzərdə tutulan enerji xəttinə və məhəllənin transformatoruna qoşulub. Burada fazalar dəyişdikcə, bizim cihazlara təhlükə yaranır, hər dəqiqə generatorumuz işə düşür. Təsəvvür edin gündə 10-15 dəfə generator işə düşüb dayanır. Yəni bu səbəbdən o da sıradan çıxa bilər. Üstəlik dizel yanacağına da böyük xərcim çıxır. Amma otelin öz transformatoru olsa 3 faza və sabit 220 Volt gərginliyimiz olacaq.
Qubadan olan sahibkar, mehmanxana sahibi İlham Quliyev bu barədə FED.az-a hələ 2023-ün fevralında məlumat vermisdi:
"Transformator üçün ümumilikdə 32 min manat tələb olunur. Bunun 1-2 min manatı kabelin çəkilişinə və sair işlərə, 30 min manat isə icazəyə gedir.
- İlham müəllim, tək icazə üçün 30 min manatlıq məbləğ baha deyil?
- Əlbəttə bahadır. Gəl indi ondan baş aç ki, mən dövlətdən işıq istəyirəm, pulumla işıq alıram, transformatorun da maya dəyəri 1500 manatdır. Məsələn, zavod bunu buraxır, satsınlar mənə 2000-ə, lap 2 min manata, bu 30 min nədir, başa düşmürəm. İşıq xəttini özüm çəkirəm, öz xərcimlə, gətirirəm həyətimə, transoformatoru qoyub öz işığımla istifadə eləyib pulunu da özüm ödəyirəm. Amma əvəzində məndən 30 min istəyirlər. Fikrimi çatdıra bilirəm?"
Nəticədə ölkədə son illər sahibkarlığa dəstək istiqamətində həyta keçirilən islahatlar çərçivəsində bu tariflərin dəyişdirilməsi gözlənilirdi. Planın bir hissəsi olaraq əvvəlcə hökumət özünün 29 may 2024-cü il tarixli qərarı ilə sözügedən tarifləri ləğv edib, yeni tariflər isə hələlik müəyyən edilməyib.
Bu gün isə Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən bundan sonra tikililərin enerji şəbəkəsinə qoşulması üçün tarifləri Tarif Şurası müəyyən edəcək. Nəticədə həmin tariflərin azalma istiqamətində dəyişəcəyi şübhə doğurmur.