FED.az xəbər verir ki, Hindistanın informasiya texnologiyaları şirkəti “HCL Technologıes” ötən ay dövlət qeydiyyatına aldırdığı Azərbaycandakı törəməsinin nizamnamə kapitalını 300 dəfə azaldır.
Eləcə də bax: Hindistanın iş adamları Bakıda şərik axtarırlar - GÖRÜŞLƏR
Bu barədə “Vergilər” qəzetinə istinadən xəbər verilir.
Məlumata görə, “HCL Technologıes Azerbaijan” MMC-nin kapitalı 300 min ABŞ dollarından 1 000 dollara endiriləcək. Şirkətin kreditorları yaxın 1 ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Nobel Prospekti 15, Azure Business Center, mərtəbə 15, ofis 98 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, “HCL Technologıes” 1976-cı ildə yaradılıb. Şirkətin qərargahı Hindistanın Uttar-Pradeş ştatının Noida şəhərində yerləşir.
Report