Dünyada həşarat yetişdirilməsi üçün ən böyük robot-ferması inşa edən fransız startapı «Ÿnsect» 224 milyon dollar investisiya cəlb edib. FED.az xəbər verir ki, investorlar arasında – «Upfront Ventures», «Astanor Ventures», «Supernova Invest» və məşhur aktyor Robert Dauni-kiçiyə məxsus olan «The Footprint Coalition» şirkəti var.
Ÿnsect, şirkəti 139 mln dollar borc, 65 mln dollar isə payəılıq investisiyası cəlb edib. Bu pullar dünyada ən byöük həşarat fermasının tikintisinə sərf ediləcək.
Fabrik, Fransanın şimalındakı Amyen şəhərində 2022-ci ilin əvvəlində açılacaq. Startap artıq kəpənəklər üzərində təcrübələr aparıb, amma sonradan yemək qurdları yetişdirmək qərara alınıb, çünki bu daha asan başa gəlir.
Ferma sahiblərinin planlarına görə, il ərzində burada 100 min ton züləl istehsal etmək mümkün olacaq. Robotlar həşaratları yemləyəcək, onların vəziyyətinə nəzarət edəcək və 2,5 sm-lik süfrə şəklində məhsul toplayacaqlar. Bundan sonra həşaratlar istilik emalından keçəcəklər və ovularaq, toz şəklinə salınacaq. Sonradan bu maddə gübrə və xərçəng, forel və losos balıqları üçün yem istehsalında xammal kimi istifadə olunacaq.
Artıq şirkət bu xammalın yem və gübrə istehçsalçıları ilə 105 milyon dollarlıq müqavilə imzalayıb. Müştərilər arasında şərab şirkəti «Torres», balıqlar üçün yem istehsalçısı «Skretting» və gübrə istehsalçısı «Compo Group» var. Gələcəkdə «Ÿnsect» ABŞ-da da zavod açmaq və ev heyvanları üçün maye yem istehsal etmək niyyətindədir