Bakı şəhərində 6 noyabr saat 10:00-da 6 ədəd istifadəsiz qalmış daşınmaz əmlak təkrar hərraca çıxarılacaq .
FED.az Əmlak Komitəsinə istinadən xəbər verir ki, təkrar hərrəca çıxarılacaq daşınmaz əmlklar bunlardır:
1.Ümumi faydalı sahəsi 287,9 m2 olan, 4 mərtəbəli binanın zirzəmisi olan yaşayış sahəsi Bakı şəhəri, Sabunççu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi,2/4 ünvanında yerləşir. Əmlakın ilkin satış qiyməti 35 min manat olub, həmçinin hərraca çıxarılan ümumi ilki satış qiyməti 35 min manatdır. Beh isə 3 min 500 manat təşkil edr.
2. Ümumi faydalı sahəsi 24,2 m2 olan 9 mərtəbəli binanın yarımzirzəmisinin bir hissəsi olan yaşayış sahəsi Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babşov küçəsi , 16 ünvanında yerləşir. Əmlakın ilkin qiyməti və hərraca çıxarılan ümumi ilkin satış qiyməti 5 min manat olub, beh isə 500 manatdır.
3. Ümumi faydalı sahəsi 162,9 m2 olan 9 mərtəbəli binanın zirzəmisinin bir hissəsi olan yaşayış sahəsi Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi , 148 ünvanında yerləşir. Əmlakın ilkin qiyməti və hərraca çıxarılan ümumi ilkin satış qiyməti 25 min manat olub, beh isə 2 min 500 manatdır.
4. Ümumi faydalı sahəsi 93 m2 olan 5 mərtəbəli binanın zirzəmisinin bir hissəsi olan yaşayış sahəsi Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsi , 6 ünvanında yerləşir. Əmlakın ilkin qiyməti və hərraca çıxarılan ümumi ilkin satış qiyməti 23 min 250 manat olub, beh isə 2 min 325 manatdır.
5. Ümumi faydalı sahəsi 15 m2 olan 9 mərtəbəli binanın zirzəmisinin bir hissəsi olan yaşayış sahəsi Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti , 23B ünvanında yerləşir. Əmlakın ilkin qiyməti və hərraca çıxarılan ümumi ilkin satış qiyməti 2 min manat olub, beh isə 200 manatdır.
6. Ümumi faydalı sahəsi 49,9 m2 olan 5 mərtəbəli binanın yarımzirzəmisinin bir hissəsi olan yaşayış sahəsi Bakı şəhəri, Xətai rayonu, S.Senyuşkin küçəsi , 7a ünvanında yerləşir. Əmlakın ilkin qiyməti və hərraca çıxarılan ümumi ilkin satış qiyməti 12 min 500 manat olub, beh isə 1 min 250 manatdır.
Hərraca çıxarılan daşınmaz əmlaklar - SİYAHI
11:14
12 Okt 2018