Beynəlxalq Uşaqlar Günü münasibətilə “PMD Group” MMC öz ənənəsinə sadiq qalaraq, “Ümid Yeri” sığınacaq evinin kiçik sakinləri ilə səmərəli vaxt keçirmişdir.
FED.az xəbər verir ki, fəaliyyət göstərdiyi dövr ərzində PMD özünün Korporativ Sosial Məsuliyyət tədbirləri çərçivəsində sığınacağa daim öz köməkliyini göstərir. Şirkət daim uşaqların təhsili ilə, asudə vaxtlarının səmərəli keçirilməsi ilə, sosial layihələrdə iştirakı ilə yaxından maraqlanır. Artıq onların ailəsinə çevirilmiş uşaq və yeniyetmələr ilə vaxt keçirtməkdən böyük məmnuniyyət hissi yaşayır.
Qeyd edək ki, 1924-cü ildə ilk dəfə olaraq uşaqların hüquqlarını təmin edən bəyənnamə qəbul edilmişdir. Bu bəyənnamədə deyilirdi ki, "Bəşəriyyət məcburdur ki, uşaqları ən yaxşı şeylərlə təmin etsin". Hər bir uşaq bizim gələcəyimiz, ümid yerimizdir. Onlara qayğı göstərmək, təhsillərinə və şəxsi inkişaflarına dəstək olmaq, sağlam mühitdə böyüməklərini təmin etmək hər birimizin vətəndaşlıq borcudur.
PMD özünün dayanıqlı inkişaf məqsədləri hədəfləri çərçivəsində uşaqların sosial və hüquqi müdafiəsini təmin etmək üçün gələcəkdə də fəaliyyətini davam etdirəcəkdir.