2018-ci ilin 1-ci yarısında Azərbaycandan 129 min 293 ton pomidor ixrac olunub.
FED.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ilk 6 ayda pomidor ixracından 138 milyon 56 min dollar gəlir götürülüb. Pomidor ixracı ölkəmizə hər ay orta hesabla 23 milyon dollar valyuta gətirib.
Eləcə də bax:Azərbaycan bazarlarında xaricdən gətirilən qarpız satılır? - RƏSMİ CAVAB
Cari ilin 1-ci yarısında meyvə-tərəvəz ixracından əldə edilmiş gəlirin 43%-i pomidorun payına düşüb. Yanvar-iyun dövründə ölkəmizdən 318 milyon 370 min dollar dəyərində 325 min 60 ton meyvə tərəvəz ixrac edilib.