“Budəfəki maliyyə dəstəyi paketi birinci vergi ödəyicilərinə şamil olunur. Hansı ki, vergi ödəyicisi kimi öz borclarını yerinə yetirirlər, dövlət başçısının çağırışına uyğun olaraq işçi heyətinin azaldılmasında ciddi azalmalara yol verməmişdilər”.
Eləcə də bax: Nazir müavini: “İkinci mərhələdə də bu sahibkarlara dəstək veriləcək”
FED.az Apa-ya istinadən xəbər verir ki, onun sözlərinə görə, bu şəxslərə onların əməkhaqqı fondunun bir aylıq məbləğində dəstək göstəriləcək: “250 manat isə yalnız fərdi və mikro sahibkarlara aiddir. Eyni dəstək artıq bir dəfə göstərilib. Qeyd etmək istərdim ki, müraciət etmiş vergi ödəyicilərinin sayı 29 mindən bir qədər çox olub və 215 min işçini əhatə edən 98 milyon manat məbləğində ödənişlər edilib. Burada ödənişin məbləği aylıq əməhaqqı fonduna uyğun olaraq edilirdi. Eyni zamanda 107 minə yaxın fərdi və mikro sahibkar müraciət edib ki, onların da hesablarına 63,6 milyon manat vəsait köçürülüb. İkinci mərhələdə də eyni sahibkarlara dəstəyin göstərilməsi nəzərdə tutulub. Yəni birinci mərhələdə dəstək almış sahibkarlar artıq müraciət etməsələr belə bu dəstəyi alacaqlar. Eyni zamanda avqustun 10-dək vaxt verilib ki, birinci mərhələdə dəstək almayan sahibkarlar müraciət etsin”.