Azərbaycanda enerji içkiləri bahalaşıb.
FED.az xəbər verir ki, mənbənin əməkdaşı yeni qiymətləri öyrənmək üçün mağazalarda sorğu keçirib.
Məlum olub ki, bazarda geniş yayılmış “Hell Energy” içkisi hazırda 2 manata satılır. Qiymət artımından əvvəl isə bu içkinin qiyməti 1 manat olub.
“Jaquar” və “Bingo”nun qiymətində də 40-45 faiz artım müşahidə edilir.