“Helix” laboratoriya xidməti (“Helix Elmi-İstehsalat Firması” MMC, Peterburq) Azərbaycan, Ermənistan, Gürcüstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Türkmənistanda franşiza əsasında ilk diaqnostika mərkəzləri və təmassız laboratoriya məntəqələri açmaq istəyir.
Rusiya şirkəti “Şəki Şərab” zavodunda köpüklənən şərabların - İSTEHSALINA BAŞLADI - FOTOLAR
FED.az xəbər verir ki, razılaşmalar çərçivəsində françayzilər şəbəkəni müəyyən ölkədə eksklüziv olaraq təmsil edə biləcəklər.
“Tərəfdaşın açacağı mərkəz və məntəqələrin sayı ölkədən asılı olaraq 30-100 arasında dəyişir. Əhalinin sayının çox olduğu ölkələrdə hədəf göstəriciləri yüksəkdir. Məsələn, Özbəkistanda 350-yə yaxın, Azərbaycanda 150, Qırğızıstanda isə 70 məntəqə açmağı planlaşdırırıq”, - deyə mətbuat xidmətinin nümayəndəsi bildirib. (İnterfaks-Azərbaycan)