Uzunmüddətli fəaliyyəti və keyfiyyətli xidməti ilə inşaat və təmir sektorunda etimad qazanmış «Zəfəroğlu İnşaat» şirkəti heç bir halda müştərilərinə zərər dəyməsinə imkan verə bilməz.
FED.az xəbər verir ki, bu barədə «Zəfəroğlu İnşaat» şirkətinin keçmiş əməkdaşı Orxan Xeyirxəbərlinin həbsi edilməsi barədə açıqlamasında bildirilir.
Xatırladaq ki, şirkətin meneceri vəzifəsində çalışan O.Xeyirxəbərli müştərilərin şirkətə ödədiyi vəsaitləri şəxsi məqsədlərlə istifadə etməyə çalışıb. Belə ki, o müxtəlif sifarişlər üçün müştərilərin şirkətə ödədiyi məbləği mərc oyunlarına yatıraraq uduzub.
Şirkətdən verilən məlumata görə, Orxan Xeyirxəbərli «Zəfəroğlu» şirkətində qısa müddət ərzində – 2020-ci ilin noyabrından 2021-ci ilin ortalarınadək mebellərin satışı şöbəsinin meneceri vəzifəsində çalışıb.
«O.Xeyirxəbərlinin mebel sahəsində təcrübəsi nəzərə alınaraq ona etimad göstərilib. Təəssüf ki, Orxan bizim güvənimizdən sui-istifadə edərək, şirkət adından müştərilərlə birbaşa əlaqə saxlayıb, onlardan ödənişləri alaraq kassaya təhvil verməyib. O, şirkət rəhbərliyini və müştəriləri aldadaraq vəsaitləri mənimsəyib»-deyə açıqlamada bildirilib.
Bu hallar aşkar ediləndən sonra şirkət ilk növbədə müştərilərə narahatlıq üçün əsas olmadığını bildirib. «Biz «Zəfəroğlu» şirkəti olaraq daim müştərilərimiz qarşısında öhtəliklərimizə əməl edib, etibarımızı qorumuşuq. Belə ki, Orxanın müştərilərimizdən aldığı vəsaitlərlə bağlı şirkətin öhdəlikləri tamamilə icra edilib. Yəni şirkətlə müştəriləri arasında heç bir anlaşılmazlıq və problem yaşanmayıb».
Eyni zamanda daha çox insanın aldadılmaması üçün «Zəfəroğlu» O.Xeyirxəbərli barədə ciddi tədbirlər görülməsi üçün hüquq-ümühafizə orqanlarına məlumat verib: «Orxan Xeyirxəbərlinin əməlləri barədə aidiyyatı qurumlara müraciət etmişik. Aparılan araşdırmalar nəticəsində O.Xeyirxəbərlinin günahı sübuta yetirilərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib».