Gəlmə turizmin inkişafı və ölkəyə gələn əcnəbilərin sayında ildən-ilə artım müşahidə olunur. Restoranların və digər içtimai iaşə obyektlərinin sayının artması da məhz bununla bağlıdır. FED.az xəbər verir ki, ölkə üzrə iaşə obyektlərinin sayı son beş ildə 9500-dən 17 min 500-ə qədər artıb.
Hotellər və Restoranlar Asossiasiyasının sədri Samir Dübəndinin sözlərinə görə, iaşə obyektlərində yer sayı isə 670 minə çatıb. İaşə obyektlərinin ümumi dövriyyəsi il ərzində 1 milyard 300 milyon manat təşkil edir. Müqayisə etsək, ölkədə turist-ekskursiya xidmətlərinin il ərzində ümumi dövriyyəsi 196 milyon manat, mehmanxanaların dövriyyəsi isə 245 milyon manat təşkil edib. Deməli, içtimai iaşə obyektlərinin dövriyyəsi bunlardan orta hesabla 6 dəfə böyükdür. Bakı şəhərindəki restoranların sayı isə 10 minə yaxındır. Son il ərzində isə bizim hesablamalarımıza görə, 1500-ə yaxın restoran və digər içtimai iaşə obyekti açılıb.
Hamı restoran açır - REKORD RƏQƏM
16:56
2 Mart 2018