Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti (VÖEN: 3201635961) açıq tender elan edib.
FED.az xəbər verir ki, müsabiqə “Xocavənd rayonunun Hadrut qəsəbəsində infrastruktur binasının tikintisi və çoxmənzilli yaşayış binalarının təmiri işləri”nin satın alınmasına aiddir. Satınalmanın ehtimal olunan qiyməti 4 milyon 630 min 888,57 manatdır.
Müsabiqə 30 sentyabr 2025-ci il tarixində dərc olunub. Təkliflərin son təqdim olunma tarixi 9 oktyabr 2025-ci il saat 12:00-dır. Zərflərin açılışı da həmin tarixdə saat 12:00-da keçiriləcək.
İştirak haqqı 1000 manat, istifadə haqqı isə 25 manatdır.
Əlaqələndirici şəxs: Zabil Vəliyev – Baş məsləhətçi
Əlaqə: [email protected], +994 50 466 12 66
İddiaçılar təkliflərini 9 oktyabr 2025-ci il tarixinədək Ağdam şəhəri ünvanına təqdim edə bilərlər.