Sahibkarlığa Yardım Fondu 2017-ci ilin ilk 9 ayı üçün nəticələri açıqlayıb. FED.az-ın məlumatına görə, fond bu il 1270 sahibkara sahibkarlara 96,5 milyon manat güzəştli kredit verib. Bu məbləğin 81,3%-i və ya 78,5 milyon manat 25 böyük layihəyə sərf edilib. Kreditlərin 4,6 milyon manatı 17 orta layihəyə, 13,4 milyon manatı isə 1228 kiçik layihəyə xərclənib. Başqa sözlə kiçik layihələrin hər biri fonddan orta hesabla 11 min manatlıq kredit ala bilib.
Güzəştli kreditlərin 81%-i 25 layihəyə verilib
08:59
1 Noy 2017