Gürcüstanın müxalif kanalı "Rustavi2"nin yeni sahibi, biznesmen Kibar Xalvaşi telekanalı satışa çıxaracaq.
FED.az xəbər verir ki, biznesmen bildirib ki, satışa səbəb kanalın maliyyə böhranı ilə üzləşməsidir.
“Mən bu nəticəyə gəlmişəm ki, telekanalın əvvəlki icraçı direktoru onu yalnız siyasi təsir aləti kimi görüb və yaxşı niyyətlə idarə etməyib. Məhkəmə çəkişmələri başlayandan sonra əvvəlki rəhbərlik şirkətin imicini zədələmək üçün bütün vasitələrdən istifadə edib».
Qeyd edək ki, Rustavi-2-nin keçmiş icraçı direktoru Nika Qavaramiya idi. Onun vaxtında telekanal bir sıra qalmaqallarla üzləşib, o cümlədən kanadın aparıcısı birbaşa yayımda Rusiya prezidenti Vladimir Putini və onun valideynlərini təhqir edib. Bir neçə gün sonra isə direktorun özü Rusiyaya göndərilən çaxırı və mineral suları mundarlamağa hazır olduğunu bildirib. Hər iki hadisə böyük qalmaqala və etirazlara səbəb olub.
Kanalın sahibi hesab edir ki, icraçı direktor bütün bunları qəsdən, kanala zərər vermək üçün edib. İyulun 18-də onu işdən çıxarıblar və onun yerinə Paata Saliya təyin edilib. Sonuncu işə başlayan kimi elan edib ki, kanalın durumu onun gözlədiyindən də bərbad vəziyyətdədir. Yeri gəlmişkən, artıq Gürcüstan prokurorluğu əmlaka qəsdən zərər vurmaq maddəsi ilə Qvarimiyaya cinayət işi açıb.
İndi bütün məsuliyyətimlə deyə bilərəm ki, telekanalın durumu faciəvidir və kredit borcu 70 mln. lariyə (24 milyon dollara) yaxınlaşır. Bunun 27 mln. larisi (9 milyon dollar) isə dövlət büdcəsindən borc götürüb. Təəssüf ki, mənim maliyyə qabiliyyətim telekanalı dərin böhrandan çıxarmağa qadir deyil. Ona görə də ictimaiyyət qarşısında açıq deyə bilərəm ki, "Rustavi2"nin alışı ilə maraqlanan tərəflərlə danışıqlara hazıram", - deyə K. Xalvaşi bildirib.
K. Xalvaşi telekanalı sabiq prezident Mixeil Saakaşviliyə satmayacağını bəyan edib. O bildirib ki, satış şəffaf və azad rəqabət şəraitində keçiriləcək. Şirkətin borcları böyük olduğuna görə, hərrac bir həftəyə yekunlaşmalıdır.
Gürcüstanın "Rustavi2" kanalı - SATIŞA ÇIXARILDI
16:02
12 Avq 2019