Gürcüstanın iş adamları, orta və kiçik sahibkarlıqla məşğul olan bir qrup şəxs bu il may ayının sonunda Bakıya səfər edəcək.
Eləcə də bax: "Təəssüf ki, Gürcüstan biznesi Azərbaycan bazarında iştirak etmir"
Bu sözləri Avropa İttifaqı - Gürcüstan Biznes Şurasının baş katibi Zviad Çumburidze söyləyib.
O deyib ki, Tbilisidə keçirilən Azərbaycan-Gürcüstan biznes forumu iki ölkənin iş adamları arasında əlaqələrin inkişafı üçün geniş imkanlar açıb.
“Tərəflər bundan maksimum istifadə etməli və iqtisadi əlaqələrimizi daha da genişləndirməliyik”, - deyə Z.Çumburidze vurğulayıb.
Gürcüstan iş adamlarının Azərbaycana səfəri çərçivəsində AZPROMO-da görüşün keçirilməsi və əməkdaşlıq imkanlarının müzakirə edilməsi nəzərdə tutulub.
Azərtac