Azərbaycan şirkətləri və iş adamları təkcə Gürcüstanda deyil, dünyanın əksər ölkələrində böyük uğurlar qazanıbIar.
FED.az "azərtac"a istiadən xəbər verir ki, bu sözləri Gürcüstanın Baş Naziri Giorgi Qaxaria jurnalistlərə açıqlamasında söyləyib.
Eləcə də bax: İskəndər Xəlilovun oğlu «Palmali»nin - GƏMİSİNİ ALIB
Baş Nazir deyib ki, Azərbaycan şirkətlərinin və iş adamlarının uğur qazanmaları Azərbaycan dövlətinin, hökumətinin xarici siyasətinin nəticəsidir.
Onun sözlərinə görə, Azərbaycan şirkətlərinin xarici ölkələrə yatırdığı sərmayələr, həyata keçirdikləri layihələr böyük maraq doğurur. Azərbaycan şirkətləri Gürcüstanda da böyük işlər görür, sərmayələr yatırırlar.
G.Qaxaria deyib: “Bu gün Şərq-Qərb beynəlxalq avtomobil magistralının tərkib hissəsi olan və Kutaisi dairəvi yolunun tikintisini Azərbaycan şirkətləri həyata keçirib. Tikintisinə 2019-cu ilin mart ayında başlanılmış bu yolun 2021-ci ilin yanvarında istifadəyə verilməsi nəzərdə tutulub. Lakin “Akkord”un Gürcüstan nümayəndəliyi bu layihəni 6 ay tez başa çatdırıb. Biz bunu yüksək qiymətləndiririk. Bu həm də Azərbaycan şirkətlərinin işinin səmərəliliyinin göstəricisidir və bir daha sübut edir ki, Azərbaycan etibarlı tərəfdaşdır”, – deyə Qaxaria vurğulayıb.
Gürcüstan hökumətinin başçısı bundan sonra da Azərbaycan şirkətləri ilə səmərəli əməkdaşlıq ediləcəklərini bildirib.