Bu il noyabrın 1-nə Gürcüstanın Azərbaycana borcu 6 milyon 874 min ABŞ dolları təşkil edib.
FED.az xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin aylıq hesabatında bildirilir.
Eləcə də bax: Gürcüstan Azərbaycandan idxalı - AZALDIB
Aylıq müqayisədə qonşu ölkənin Azərbaycana borcu dəyişməyib.
Sənədə əsasən, Gürcüstanın 5 milyard 419 milyon 812 min dollar məbləğində xarici dövlət borcu var ki, bunun da 5 milyard 212 milyon 904 min dolları hökumətin payına düşüb.
Qonşu ölkənin ən çox borcu olduğu ölkələrin ilk üçlüyündə Almaniya (315 milyon 251 min dollar), Fransa (234 milyon 91 min dollar) və Yaponiya (215 milyon 366 min dollar) yer alıb.
Gürcüstanın Türkiyə, Rusiya və Ermənistana olan borcu aylıq müqayisədə dəyişməz qalaraq müvafiq olaraq 13 milyon 209 min dollar, 53 milyon 772 min dollar, 7 milyon 554 min dollara bərabər olub.
“Report”