Azərbaycanın Gürcüstandakı səfirliyində bu ölkədə fəaliyyət göstərən Azərbaycan Şirkətləri və İş adamlarının AZEBİ İctimai Birliyinin İdarə Heyətinin toplantısı keçirilib.
FED.az xəbər verir ki, tədbirdə AZEBİ-yə icraçı direktor vəzifəsinə səsvermə yolu ilə Nəriman Qurbanov seçilib.
Bununla yanaşı sözügedən təşkilatın yeni İdarə Heyətinin üzvləri də seçilib. Həmçinin tədbirdə AZEBİ-nin gələcək fəaliyyət istiqamətləri müzakirə olunub.
Qeyd edək ki, AZEBİ 2009-cu ildə yaradılıb