Gürcüstan Biznes Assosiasiyası: Azərbaycan biznes şirkətlərinə qarşı neqativ kampaniya cəhdləri var
“Gürcüstanda sosial şəbəkələrdə Azərbaycan şirkətlərinə qarşı mənfi imic yaratmaq cəhdləri edilir”. FED.az-ın ONA-ya istinadan məlumatına görə, bu barədə Gürcüstan Biznes Assosiasiyası bəyanat yayıb. Qurumdan bildirib ki, bu cür kampaniyalar iki ölkə arasındakı nümunəvi biznes əlaqələrinə mənfi təsir edə bilər.
“Bu cür cəhdlər sadəcə mənfi nəticələr doğura bilər və iki ölkə arasındakı iqtisadi və biznes əlaqələrini zədələnməsi ilə nəticələnə bilər. Bu əlaqələr Gürcüstan və Azərbaycanın biznes şirkətlərinin qlobal rəqabət şəraitində fəaliyyət göstərməsi və bu ölkələrin dayanıqlı inkişafı üçün mühümdür” – bəyanatda deyilib.
Qeyd olunub ki, müstəqillik illərində iki ölkənin biznes dairələrinin əməkdaşlığı xalqların dostluq və birgəyaşayışı üçün əsas amillərdən olub: “Bu səbəbdən də belə cəhdlərin heç biri gələcəkdə də uğur qazanmayacaq”