Gürcüstanda kazinolar müvəqqəti olaraq bağlanılıb, totalizator və digər şans oyunları qadağan edilib.
FED.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə qərarı Gürcüstan hökuməti ölkə ərazisində koronavirusun yayılmasının qarşısını almaq məqsədilə verib.
Qeyd edək ki, bu günə qədər Gürcüstanda 30 nəfər koronavirusa yoluxub. Hazırda 418 nəfər karantindədir, daha 54 nəfər isə stasionar nəzarətdə saxlanılır.