Gürcüstan Milli Bankı monetar siyasəti yenidən sərtləşdirə bilər.
FED.az xəbər verir ki, bu sözləri Gürcüstan Milli Bankının rəhbəri Koba Qvenetadze parlamentin maliyyə-büdcə komitəsinin bugünkü iclasında söyləyib.
Eləcə də bax: Gürcüstan larini qorumaq üçün - 100 OBYEKTİ SATIŞA ÇIXARIR
O deyib ki, əgər inflyasiya davam etsə, Milli Bank monetar siyasətini sərtləşdirəcək.
Bildirilib ki, ölkədə inflyasiya ilin əvvəlində proqnozlaşdırılan 3 faizə qarşı 6,9 faiz olub. Ərzaq məhsullarının qiyməti 13,5 faiz bahalaşıb.
Ekspertlərin rəyinə görə, qiymət artımı əsasən ölkədə milli valyuta GEL-in dəyərini itirməsi ilə əlaqədardır.
Cari ilin 6 ayında GEL ABŞ dolları ilə müqayisədə 10 faiz ucuzlaşıb.
Azərtac