Azərbaycan Gürcüstan iqtisadiyyatına 3 milyard dollardan çox investisiya yatırıb. Azərbaycan şirkətləri qoyduğu sərmayəyə görə Gürcüstanda lider mövqedədir.
FED.az xəbər verir ki, bu barədə sentyabrın 17-də jurnalistlərə müsahibəsində İqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Eləcə də bax: Gürcüstana yatırılan investisiyalar - 50 FAİZDƏN ÇOX AZALIB
Nazir qeyd edib ki, Gürcüstanda 700-dən Azərbaycan şirkəti, ölkəmizdə isə 300-dən çox gürcü şirkət fəaliyyət göstərir: “Gürcüstan şirkətləri üçün ölkəmizdə münbit şərait yaradılıb. Azərbaycan və Gürcüstan arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir. Ölkələrimiz strateji tərəfdaşlardır. Azərbaycan və Gürcüstan beynəlxalq təşkilatlarda da bir-birini dəstəkləyir. Azərbaycan şirkətləri Gürcüstanda ən iri vergiödəyiciləri sırasındadır. Hesab edirik ki, hər iki ölkənin potensialı əldə etdiyimiz uğurları daha da artırmağa böyük imkan yaradır”.
Azərtac