Gürcüstan iş adamlarının, orta və kiçik sahibkarlıqla məşğul olan bir qrup şəxsin bu il may ayının sonunda Bakıya nəzərdə tutulan səfəri təxirə salınıb.
Eləcə də bax: BVF: Gürcüstanın iqtisadiyyatı bu il - 4% AZALACAQ
FED.az xəbər verir ki, bu sözləri açıqlamasında Avropa İttifaqı - Gürcüstan Biznes Şurasının baş katibi Zviad Çumburidze deyib.
Onun sözlərinə görə, buna koronavirusla bağlı təhlükənin hələ tam sovuşmaması səbəb olub.
“Əvvəl fikirləşirdik ki, mayın sonunadək vəziyyət normallaşar və biz Azərbaycana səfəri həyata keçirərik. Lakin son vəziyyət göstərir ki, hələlik bu səfəri reallaşdırmaq mümkün olmayacaq”, - deyə Z.Çumberidze vurğulayıb.
Baş katib deyib: “Martın 5-də Tbilisidə keçirilən Azərbaycan-Gürcüstan biznes forumu iki ölkənin iş adamları arasında əlaqələrin inkişafı üçün geniş imkanlar açıb. Tərəflər bundan maksimum istifadə etməli və iqtisadi əlaqələri daha da genişləndirməlidirlər”.
Azərtac