5 iyun 2025-ci il tarixdə, saat 10:00-da “Günay Kənd Təsərrüfatı Məhsulları ” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Xaçmaz rayonu, Çarxı kəndində baş tutacaq.
Aşağıdakı məsələlər növbədən kənar ümumi yığıncağının gündəliyinə daxil edilib:
1. “Günay Kənd Təsərrüfatı Məhsulları ” ASC-nin 2024-cü il üçün illik maliyyə hesabatlarının təqdim və təsdiq edilməsi.
2. Digər məsələlər
Yığıncağın gündəliyinə çıxarılan məsələ üzrə materiallarla 055 357 95 90 telefon nömrəsi ilə əlaqə saxlayaraq şəxsiyyət vəsiqəsini təsdiq edən sənədi təqdim etməklə tanış ola bilərsiniz.