“GÜLAY” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir
FED.az xəbər verir ki, ümumi yığıncağı 8 fevral 2021-ci il saat 10.00-da, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 31 nömrəli ünvanda inzibati binada keçiriləcəkdir:
Ümumi yığıncağın gündəliyi:
1. “GÜLAY” ASC-nin ayrılma qaydasında yenidən təşkili.
2. “GÜLAY” ASC-nin ayrılma qaydasında yenidən təşkili ilə bağlı digər təşkilati məsələlər.
3. Digər məsələlər.
Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10.00-dan saat 17.00-dək, səhmdar cəmiyyətin Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 31 nömrəli ünvanda inzibati binasında səhmdar cəmiyyətin rəhbərliyinə müraciət etməklə tanış ola bilərlər.