Nazirlər Kabinetinin qərarı ilə yanvarın 25-dən etibarən Azərbaycanda gözəllik salonları və mağazaların fəaliyyəti bərpa olunub.
Eləcə də bax: Bu sahələrin fəaliyyəti - Bərpa Olundu
FED.az xəbər verir ki, artıq paytaxtın gözəllik salonları və bərbərxanaları bu gündən işə başlayıblar. Bununla yanaşı, karantin məhdudiyyətlərinin yumşalmasına baxmayaraq sözügedən obyektləri yeni tələblər əsasında fəaliyyət göstərəcəklər.
Məsələn, obyektlərdə kürsülər arasında məsafə sxalanması, müştərilərin isə əvvəlcədən növbəyə yazılması tələb olunur.
Salona gələn müştərilər əllərini spirtləməli, maskada olmalı, istifadə olunan alətlər isə fasiləsiz olaraq, hər istifadədən sonra dezinfeksiya edilməlidir.
Gözəllik salonları və bərbərxanalar koronavirus infeksiyasının qarşısının alınması məqsədilə müəyyən qaydalar çərçivəsində fəaliyyət göstərməlidir. Bu tələblərə növbəli qəbul sisteminin tətbiqi, iş proseslərindən əvvəl və sonra əllərin təmiz yuyulması, işçi və müştərinin tibbi maskadan istifadəsi, qayçı və ülgüc başlıqlarının yuyulduqdan sonra spirtlə təmizlənməsi daxildir. Kosmetoloji xidmətlər göstərən şəxslərin üz sipəri tibbi maska və əlcəkdən istifadəsi isə məcburi olacaq.