Dünya üzrə tanınmış “BBC News” televiziya kanalının “Discovering The World's Table” verilişinin komandası Göygöl Şərab Zavoduna səyahət etmişdir.
FED.az xəbər verir ki, “Discovering The World's Table” – “BBC News” kanalının 80 milyon baxışa sahib, dünyanı səyahət edən və dünya mətbəxini araşdıran bir veriliş olaraq Göygöl rayonuna da gəlmişdir.
Göygöl Şərab Zavodu da bu verilişin qonağı olaraq, “BBC News” kanalının nümayəndə heyətini isti münasibətlə qarşıladı. Zavodumuzun nümayəndəsi Rasim Ömərov tərəfindən zavodumuzun tarixi, məhsulların istehsal prosesi, 518 ha. sahəsi olan üzümlükləri, XVIII əsrdə almanlar tərəfindən tikilmiş şərab zirzəmisi haqqında qonaqlara ətraflı məlumatlar verilmişdir. Həmçinin üzümlüklərdə qonaqlara “KARABAKH” şərablarının dequstasiyası təşkil olunmuş və şərabçılıq estetikası, eləcə də incəlikləri haqqında ətraflı məlumat təqdim edilmişdir.
Qeyd edək ki, 160 ildən artıq tarixə malik “Göygöl Şərab Zavodu” ASC Azərbaycanın ən qədim və ən böyük spirtli içki istehsal edən müəssisələrindən biridir. Əsası 1860-cı ildə şvabinq almanları tərəfindən qoyulmuş zavod bü gün “Xan 1860” brendi altında təqdim etdiyi araq, şərab, brendi və oynaq şərab məhsulları dəfələrlə önəmli beynəlxalq mükafat və sertifikatlar qazanmışdır.