Mikro, kiçik və orta biznesin (KOB) inkişafı, onun ölkə iqtisadiyyatında və məşğulluqda rolunun artırılması hər bir ölkədə olduğu kimi, Azərbaycanda iqtisadi siyasətin əsas komponentlərindən biridir.
Ölkəmizdə KOB-ların inkişafına daimi dövlət dəstəyi 2017-ci ilin dekabrında Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən həyata keçirilir.
FED.az xəbər verir ki, KOBİA özəl sektor ilə əməkdaşlıqda KOB İnkişaf Mərkəziləri yaratmağa başlamışdır Belə Mərkəzlərdən biri Göyçay və Ağdaş şəhərləri üzrə olmuşdur. Göyçay-AğdaşKOB İnkişaf Mərkəzi Göyçay və Ağdaş şəhərlərində fəaliyyət göstərən KOB-lara və yeni biznesə başlayanlara öz biznesləriniinkişaf etdirmək üçüntəlim, məsləhət və şəbəkələşmə xidmətləri təqdim edir və onları əməkdaşlığa dəvət edir.
Təlim istiqamətlərimiz:
-Biznesə başla
-Layihələrin idarəedilməsi
-Maliyyənin idarəolunması
-Korporativ hüquq
-Satış
-Marketinq
Məsləhət xidmətlərimiz
-Satış kanallarına çıxış
-Marketinq
-Bazar araşdırması
-Biznesin planlaşdırılması
-Mühasibatlıq
-Hüquq və ehtiyaca uyğun digər təlim və məsləhətlər
Göyçay –Ağdaş KOBİM-in xidmətlərindən istfadə etmək istəyən KOB subyektləri (sahibkarlar) mərkəzə Məmməd Əmin Rəsulzadə küçəsi, 218A (+994777551040) və ya [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.
Göyçay-Ağdaş KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.