Dövldət Gömrük Komitəsinin sədri Səfər Mehtiyev idxalda inhisarçılığın olması ilə bağlı iddialara münasibətini açıqlayıb. FED.az xəbər verir ki, komitə çədrinin sözlərinə görə, hazırda ölkəyə istənilən şəxs istənilən malı gətirə bilər: «Bununla bağlı bütün mənfi hallar artıq geridə qalıb. «Gecə qara, cücə qara» dövrü başa çatıb. Elə hala yol verən əməadaşı dərhal işdən azad edərik».
İnhisarçılıqla bağlı sual ölkəyə gətirilən sitrus meyvələri ilə bağlı olub və Komitə sədri dediklərini sübut etmək üçün gömrükdə sitrus meyvələri ilə əməliyyatların statistikasını açıqlayıb. Onun sözlərinə görə, noyabrda sitrus meyvələri ilə bağlı fərqli firmalar tərəfindən 79 əməliyyat aparılıb.