İsveçrə Saat Sənayesi Federasiyası (FH) bildirib ki, sentyabr ayında saat ixracı ötən ilin eyni ayı ilə müqayisədə 3% azalıb.
ABŞ 1 noyabrdan Çin mallarına 100% rüsum tətbiq edəcək
FED.az xəbər verir ki, azalma ABŞ-ın Tramp administrasiyası tərəfindən İsveçrəyə tətbiq olunan 39% gömrük rüsumu səbəbindən baş verib.
FH açıqlayıb ki, sentyabr ayında saat ixracatı 3,1% azalaraq 2 milyard İsveçrə frankı (təxminən 2,5 milyard dollar) səviyyəsinə düşüb. Ötən ay bir çox bazarda artım müşahidə olunmasına baxmayaraq, ABŞ-a ixracdakı 55% azalma bu artımı kölgədə qoyub.
Bu, iyul ayında ixracın artmasından sonra ABŞ-a saat ixracında ardıcıl ikinci aylıq azalma olub.
Richemont, Swatch Group AG, Audemars Piguet, Patek Philippe və Rolex SA kimi saat istehsalçıları da ABŞ-ın gömrük rüsumlarından mənfi təsirlənib.
FH qeyd edib ki, ABŞ-ı istisna etdikdə, İsveçrə saat ixracatı sentyabr ayında 7,8% artıb. (Marja)