"Son vaxtlar mobil telefonların ölkəyə idxalı ilə bağlı nəzarət daha da gücləndirilib".
FED.az xəbər verir ki, bunu açıqlamasında Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini İqbal Babayev deyib.
"Təəssüf ki, bəzi şəxslər biznes məqsədi ilə ölkəyə gətirdiyi məhsulları təyinatı üzrə təqdim etməkdə, gömrük vergilərini və rüsumlarını ödəməkdə maraqlı deyillər. Məhz aparılan nəzarət tədbirləri nəticəsində mobil telefon idxalı hesabına dövlət büdcəsinə 200 mln. manat əlavə vəsait köçürülüb".