Yeni koronovirus COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin təmin olunması məqsədilə yaradılan Koronovirusla Mübarizəyə Dəstək Fonduna “GM Construction” MMC şirkəti tərəfindən 50 000 AZN məbləğində dəstək göstərilib.
FED.az xəbər verir ki, “GM Construction” MMC tikinti şirkəti paytaxt yaxınlığında 1512 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yaşayış binalarının tikintisini həyata keçirən şirkətlərdən biridir.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli fərmanı əsasında ölkəmizdə bu xəstəliyin yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi təmin etmək üçün Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.