"Global Leasing” QSC nizamnamə kapitalını daha 110 min manat və yaxud 32,35% artıraraq 340 min manatdan 450 min manata çatdırıb.
Eləcə də bax: “Gilan Holding”in törəməsinin nizamnamə kapitalı - KƏSKİN ARTIRILIB
FED.az biznes və maliyyə xəbərləri portalı Renkinq-ə istinadən xəbər verir ki, kapital artımı üçün şirkətin dövriyyədə olan 1 000 ədəd səhminin nominal dəyəri 340 manatdan 450 manata qaldırılıb.
Xatırladaq ki, “Global Leasing” 2018-ci ildə yaradılıb. Onun səhmlərinin 60%-i Nicat Gülməmmədova, 40%-i isə Kənan Salayevə məxsusdur. Şirkət əsasən kənd təsərrüfatı sahəsində maliyyələşdirmə ilə məşğuldur.