“Gilan Holding” MMC-nin törəmə şirkətinin nizamnamə kapitalı artırılır.
Eləcə də bax: 6 milyonluq şirkətdə ayrılma – Yeni Şirkət Yaradılır
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, məlumata görə, holdinqin şirkəti “Gilan Dairy Farms” MMC-nin nizamnamə kapitalı 100 manatdan 1 100 manata qaldırılıb.
“Gilan Dairy Farms” bununla nizamnamə kapitalını son əməliyyatla 11 dəfə artırmalı olub.
Qeyd edək ki, şirkət 2015-ci ildə yaradılıb. Şirkət süd məhsulları istehsalı və satışını həyata keçirir.