“Gilan Holding” növbəti dəfə nizamnamə kapitalını artırıb.
Holdinqdən FED.az-a verilən məlumata görə, “Gilan” MMC-nin nizamnamə kapıtalının həcmi artırılaraq, 763 066 044 manata çatdırılıb.
Eləcə də bax: «Gilan Holding»ə pul buraxılıb – 400 MİLYON MANAT YATIRIM
«Daha öncə yayılmış məlumata əsasən, nizamnamə kapitalının artırılması 2019-cu ilin əvvəlində müəyyən olunmuş ümumi inkişaf strategiyasına uyğun olaraq həyata keçirilib və holdinqə aid şirkət və müəssisələrdə artımı gözlənilirdi».
«Holdingin səmərəli fəaliyyəti, bazar mövqelərinin gücləndirilməsi və maliyyə dayanıqlığının təmin edilməsi, ona daxil olan müəssisələrin nizamnamə kapitallarının artırılmasına imkan yaradır»-deyə açıqlamada deyilir.
1987-ci ildən fəaliyyət göstərən “Gilan Holdinq”, qeyri-neft sektoru üzrə Azərbaycan iqtisadiyyatının inkişafı üçün iri miqyaslı layihələrə sərmayələr yatıran, həmçinin yerli məhsulların xarici bazarlarda tanınmasını və satışını təşkil edən aparıcı şirkətlər qrupundan biridir.