Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının (AFRA) üzvləri ilə görüş keçirilib.
Azərbaycanda geyim istehsalı 37% aşağı düşüb
KOBİA-dan FED.az-a bildirilib ki, görüşdə sektorun çətinlikləri və ehtiyacları ilə bağlı sahibkarların fikir və təklifləri dinlənilib, bu sahənin inkişafına və dövlət dəstəyi tədbirlərinə dair müzakirələr aparılıb. Görüşdə agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov, AFRA-nın İdarə Heyətinin sədri, “Novco” MMC-nin təsisçisi Fərid Novruzi və assosiasiyanın üzvləri iştirak ediblər.