Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
    • Gömrük
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
      • Test
  • Az
    • Az
    • Ru
Banner
Banner

Biznes

  1. Ana səhifə
  2. Biznes
  1. Biznes

Gəncənin sakitcə parlayan brendi - Dubaya qədər gedib çıxan «Gəncə Səbətləri» - FOTOLAR

Gəncənin sakitcə parlayan brendi - Dubaya qədər gedib çıxan «Gəncə Səbətləri» - FOTOLAR | FED.az
14:58 31 Mart 2023

Paxlava və şəkərburalı, bayram süfrəli, bol istirahətli Novruz tətilləri artıq arxada qalıb.

Azərbaycanda qranit qazan-tava – İSTEHSALI BAŞLAYIB – QİYMƏTLƏR - 2 MİLYON DOLLAR SƏRMAYƏ - FOTOLAR

Gəncədə Novruz Bayramı xüsusilə gözəl ab-havada keçir. Şənliklər və bayram adətləri ilə yanaşı, Novruz - həm də bayram bazarı deməkdir.

Bu günlərdə diqqətimi cəlb edən bir məsələ barədə yazmaq qərarına gəldim. Əslində çoxları bu barədə eşidib, bəlkə də görüb. Novruz bazarlığı üçün Gəncə bazarında olarkən iri səbətlərdə bayram sovqatlarının satışı diqqətimi cəlb etdi. Səbətlər barədə nəsə soruşmaq mümkün deyildi – alıcı o qədər çox idi ki, satıcıların bu səbətlərdən başı açılıb mənə cavab verməyə vaxtları da yox idi. 5-6 satıcı dayanmadan səbətlərin içərisini müxtəlif təamlarlala doldururdu.

Bu - Azərbaycanda «Gəncə Səbəti» adı ilə məşğul olan, içərisi müxtəlif ekoloji təmiz, əksəriyyəti yerli kənd təsərrüfatı məhsulları ilə dolu olan sovqatlar idi. Bayramdan sonra Gəncə səbəti ilə bağlı ətraflı maraqlanmaq qərarına gəldim.

«Gəncə səbəti» biznesi səbətdən başlayır

Bəzi məlumatlara görə “Gəncə səbəti”nin tarixi bir neçə yüz il əvvələ gedib çıxır. Bunun üçün əvvəlcə səbətin özü lazımdır - bu gün Gəncədə səbət hörmə ənənəsi incəsənətin bir qolu kimi qəbul edilir. Səbəthörmə sənəti, şəhərin qədim məhəllərindən sayılan Bağbanlarda daha geniş yayılıb, bu işlə əsasən kişilər məşğul olur. Gəncədə səbətlər müxtəlif ölçülərdə hörülür. Təyinatına və ehtiyaca görə daha çox şahmatşəkilli, ovalvari, bəzəkli, qulpsuz, həmçinin ikigözlü səbətlər hazırlanır. Bu səbətlər 10 kq-dan 60-70 kiloqrama qədər sovqat tutur.

Bu sənəti yaşadanlardan biri 69 yaşlı Vilayət Qurbanovdur. 24 yaşlı nəvəsi İsmət Rəhimovla birgə onlar Gəncədə səbət toxumaqla həm bu sənəti yaşadır, həm də güzaranlarını təmin edirlər. Vilayət usta deyir ki, 30 ildir ki, səbət toxumaqla məşğuldur:

“Bizim ata-babalarımız hələ SSRİ dövründən bu sənətlə məşğul olublar. İndi nəvəm də mənim yolumu davam etdirir. Zəhmətimizin bəhrəsini də görürük. Hazırda səbətlərimizə maraq böyükdür”.

Səbətlərin qiyməti tutumundan asılıdır: “20-25 kiloqram tutumu olan səbətlər 15-20 manata, 35-40 kq-lar 25-30 manata, 60-70 kiloqram sovqatı götürə biləcək səbətlər isə 35-40 manat arasında satılır. Bayramlarda daha çox 60-70 kiloluq səbətlər satılır. Çünki bu səbətlərdə yaxınlara, dost-tanışlara bayram payı göndərilir» deyə sənətkar bildirib.

O zamanlar «Gəncə Səbəti»ni Moskvaya göndərərdilər

Bayramdan sonra Gəncə bazarında səbət satıcılarının işi az idi. Bayram günlərində yetərincə yorulan Ramal Həsənov FED.az-a bildirdi ki, Gəncə səbəti biznesi ilə uzun illərdir məşğul olur: «Mənim atam da Gəncə səbəti hazırlanması ilə məşğul olub. Hələ mərkəzi kolxoz bazarının vaxtından. O zamanlar, sovetlər birliyi dövründə də Gəncədən Bakıya, Moskvaya Gəncə Səbəti göndərərdilər. Düzdür o zamanlar səbətə qoyulan məhsulların çeşidi bu günkü qədər çox deyildi. O zamanlar Gəncənin öz məhsulları, əsasən də ağartı məhsulları çox tələbat olan məhsullardan idi. Yadımdadır mən cavan olanda Bayram günlərində bazarda baş qaşımağa vaxtımız olmurdu. Bəzən gecələr də işləyirdik. Sifarişlər həddən artıq çox olurdu».

20 ilə yaxındır «Gəncə səbəti» hazırlayır

İllər ötsə də «Gəncə səbəti»nə tələbat dəyişməyib əksinə daha da artıb:  «Bayram günlərində Gəncə Səbəti sifariş edənlərin sayı çox olur. Biz bu günlərdə təxminən 50-60 səbət hazırlamışıq. Xalqımızın sovqat ənənəsi hələ də yaşayır»- deyə Ramal Həsənov əlavə edib.

Bazarda bu cür Gəncə səbətlərinin hazırlanması ilə məşğul olan 10-a yaxın satış nöqtəsi var. Onlar adi vaxtlarda kənd təsərrüfatı məhsulları satırlar. Meyvə- tərəvəz, göyərti, ağartı və sair. Vaqif dayı artıq 20 ilə yaxındır bu işlə ailəsini dolandırır. Onun sözlərinə görə bayram günlərində «Gəncə Səbəti» sifarişləri çox olduğundan adi alıcıları yola salmağa bəzən vaxt çatmır:

«Bayram günlərində səbətlərlə bağlı sıfariş çox olduğundan başımız çox qarışıq olur. Çalışırıq səbətə ən keyfiyyətli məhsulları qoyaq. Bunun üçün bayramdan neçə gün öncə bizə məhsulları gətirən iş adamlarına sifariş veririk ki, məhsul sarıdan çətinliyimiz olmasın. Gəncə səbətinə qoyulan bütün məhsullar ekoloji təmiz olur».

"Səbətə 9-11 kiloqramlıq dağ quzuları qoyuruq"

Vaqif dayı «Gəncə Səbəti»nin menyusunu açıqlayır: «Məsələn, biz səbətə 9-11 kiloqramlıq dağ quzuları qoyuruq. Mal ətinin ən yaxşı yerlərini xüsusi olaraq saxlatdırırıq. Kənd çolpalarını bizə Samuxda yaşayan bir fermer gətirir. Gəncə qaymağı, camış qatığı, Gəncə limonu, təndir çörəyi, göyərtilər də xüsusi olaraq səbət üçün götürürük. Səbətin içində olanlar həmişə ən keyfiyyətli və ən yaxşı məhsullar olur».

60-70 kiloqramlıq səbətin dəyəri 1000-1300 manat arasında dəyişir

Gəncədə bazardan başqa «Gəncə səbəti» adı ilə fəaliyyət göstərən xüsusi mağazalar da var. Burada günün istənilən vaxtında keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə Gəncə səbəti sifariş etmək olur. Mağazanın sahibi Xəyal Verdiyevin bildirdiyinə görə artıq onların daimi müştəriləri də var:

«Bu işlə uzun illərdi məşğuluq. Səbətlərə qoyulan məhsulların keyfiyyətli olması üçün daim eyni adamlarla işləyirik. Kənd çolpalarını və göyərtini əsasən Şəmkirdən alırıq. Körpə quzuları da bizə Gədəbəy dağlarından gətirirlər. Bundan başqa ağartı məhsullarını isə Gəncədə bu sahədə peşəkar olan insanlardan götürürük».

Səbətlərin qiymətləri onun içərisinə qoyulan məhsulların sayından, çəkisindən, keyfiyyətindən çox asılı olur: «Bəzən tələbata görə 60-70 kiloqramlıq səbətin dəyəri 1000-1300 arasında dəyişə bilir. Amma orta təminatlı səbət 700-800 manat təşkil edir» deyə Xəyal Verdiyev əlavə edir.

"Bayram günlərində orta hesabla 1000-ə yaxın səbətlər yığırıq"

«Gəncə Səbəti» biznesi ilə məşğul olan ən peşəkar şirkət isə «Nur Halal Gəncə Səbəti»dir. Burada görüb-eşitdiklərim məni daha da təəcübləndirdi. Artıq 23 ildir sovqat səbətlərin hazırlanması ilə məşğul olan Hacı Rövşən Məmmədov Gəncə Səbəti işinin çox gəlirli və halal bir iş olduğunu deyir:

«Bizim atamız da ticarətçi olub. Mən 2000-ci ildən qardaşımla Gəncə Səbəti sovqat paylarının hazırlanması ilə məşğuluq. Bu işdə təmizliyə, dürüstlüyə və halallıqla keyfiyyətə fikir versən qazanc əldə etmək mümkündür».

Şirkətin uğurunun əsl səbəbi də məhsulların keyfiyyəti olub: «Mərkəzi bazarda balaca bir köşkümüz var idi. Biz hələ o vaxtlardan düzətdiyimiz səbətlərə ən keyfiyyətli məhsulları qoymağa üstünlük verirdik. Bu da bizə çoxlu sayda müştərilər qazandırdı. Bu gün bizim yüzlərlə daimi müştərilərimiz var. Bəzən bayram günlərində xüsusi sayda səbətlərdən başqa digər sifarişlər götürmürük. Çünki vaxtımız çatmır. Bayram günlərində orta hesabla 1000-ə yaxın səbətlər yığırıq. Onların hamısına ən keyfiyyətli, ekoloji təmiz kənd təsərrüfatı məhsulları qoyuruq ki, bu da müştərilərimizin ürəyincə olur. Adi günlərdə isə təxminən ayda 100-150 arası sifarişimiz olur» deyə Hacı Rövşən əlavə edir.

"50-100 fermer ailəsi ilə işləyirik, məhsulları illərdir eyni adamlardan alırıq"

«Nur Halal Gəncə Səbəti» şirkətinin rəhbəri səbət işinin artıq zərcirvarı biznes şəbəkəsinə çevrildiyini deyir. Onun sözlərinə görə uzun illər iş təcrübəsi onu göstərib ki, səbət işində təsadüfi adamlardan mal almaq olmaz:

«Bizim müştərilərimiz artıq məhsullarımızın keyfiyyətini, dadını belə yaxşı bilirlər. Buna görə də biz həmişə eyni adamlarla işləyirik. Bizim özümümüzün də təsərrüfatımız var. Orada bizə lazım olam kənd təsərrüfatı məhsullarını özümüzün nəzarətimiz altında yetişdiririk.

Şirkətimiz üçün keyfiyyətli məhsulların yetişdirilməsi üçün həmin ailələrə öncədən ödəniş etməklə maliyyələşdiririk. Yəni bizimlə işləyənlər artıq bilirlər ki, məhsulları əllərində qalmayacaq, biz də rahat oluruq ki, ehtiyac olduğu halda lazım olduğu qədər keyfiyyətli məhsulumuz var. Ümumilikdə bizim şirkətlə 50-dən çox ailə - fermer təsərrüfatı əməkdaşlıq edir. 100-ə yaxın adam Gəncə Səbətinin keyfiyyətli və halal məhsullarla təchiz olunması üçün çalışır».

Hacı Rövşən bildirir ki, «Gəncə Səbəti» üçün məhsul satan təsərrüfatların məhsulları orqanik, tam təbii olmalıdır – bu şərtdir: «Biz həmin fermerlərə ciddi nəzarət edirik. Kimsə məhsula hər hansı qatqı qatsa, onunla işi dərhal dayandırırıq. İndiyədək 10-dan artıq təsərrüfatla belə səbəbə görə əməkdaşlığı dayandırmışıq. Belə hallara sevinmirik, amma məhsulun keyfiyyətini aşağı salırlarsa, başqa yol yoxdur. Bəzi təsərrüfatlarla isə 20 ildən artıqdır ki, işləyirik – bu təsərrüfat bizə süd məhsulları təmin edir. Biz ümumiyyətlə hər məhsul üzrə bir deyil, bir neçə təsərrüfatla işləyirik».

«VİP Gəncə səbətinin orta qiyməti 500 manatdan 3000 manata qədər dəyişir"

Gəncə Səbətlərinə ən böyük tələbat bayram gündərində olur. Bunlar Novruz Bayramı, Yeni İl, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü, Müstəqillik günü, Ramazan və Qurbayn Bayramları aiddir. Həmin günlərdə səbətlərə tələbat dəfələrlə artır: «Bayram günlərində təkcə 20 nəfər səbətlərin yığılmasını həyata keçirir.” deyə R. Məmmədov bildirib.

Səbətlərin qiymətlərinə gəldikdə isə Hacı Rövşən bunun səbətin işərisinə qoyulan məhsullardan çox asılı olduğunu deyir:

«VİP Gəncə səbətinin orta qiyməti 500 manatdan 3000 manata qədər dəyişə bilir. Təbii ki, bu alıcının sifariş etdiyi məhsulların sayından və keyfiyyətindən asılıdır. Məsələn tutaq ki, sifarişçimiz çox imkanlı şəxsdir o səbətə ən yaxşı və qiymətli malları qoymağa üstünlük verir. Məsələn, adicə kişmişin 10 manatlıq və 70 manatlıq növləri var. Təbii ki, içərisinə kiloqramı 70 manata olan kişmiş qoyulan səbət qiymətcə çox baha olacaq. Amma ümumilikdə əsasən biz səbətə 8-11 kiloqramlıq dağ şəraitində bəslənən quzuları, dağ şəraitində yetişdirilən körpə danaların bel ətini, kənd çölpaları, bəzən sifarişə uyğun hinduşka, özümüz bişirdiyimiz çovdar unundan çörəklər, dağda özümüz yetişdirdiyimiz bal, Gəncə qaymağı, camış qatığı, yuxa, Gəncə göyləri, meyvələr, tərəvəzlər qoyuruq. Səbətə qoyulan məhsulların 60-70 faizini öz təsərrüfatımızda yetişdiririk. Buna görə də  halallığına və keyfiyyətinə tam zəmanət verə bilirik» deyə Hacı əlavə edib.

Hacı Rövşənin sözlərinə görə 2000-ci illərdən fərqli olaraq indi daha peşəkardırlar. Onların yığdıqları Gəncə səbətlərinin səsi sorağı nəinki Azərbaycanın şəhər və rayonlarından, hətta ölkə xaricindən də gəlir:

"Gəncə Səbət"lərini Dubaydan da sifariş edirlər

«Hələ o zamanlar biz Rusiyanın müxtəlif şəhərlərinə Gəncə səbətləri hazırlayıb çatdırırdıq. Günü bu gün də Moskvadan, Sankt Peterburqdan və digər pos sovet ölkələrinin şəhərlərində sifarişlər alırıq. Gəncə səbətləri göndərdiyimiz şəhərlər arasında İstambul, Ankara da var. Hətta Dubaydan belə sifarişlər alaraq ora da xüsusi qaydada, buzların köməkliyi ilə qablaşdrdığımız Gəncə səbətləri olub. «Bizə Dubaydan xeyli sifariş olunub göndərmişik.  Dubaydan istəyiblər bizə Gəncə səbəbi göndərin, biz hazırlayıb veririk. Çatdırılması ilə biz məşğul olmuruq».

Hələlik xaricə gedən səbətlərin sayı çox deyil – ildə 100-150 səbət göndərilir. Amma bunların sayını artırmaq, Gəncə Səbətlərinin Avropaya da satışına başlamaq niyyətindədirlər.

Hacı Rövşən əlavə edib ki, bu işləri təkmilləşdirmək üçün artıq müsir texnologiyalardan da istifadə edirlər:

«Bizilirsiniz ki, indi 21 əsr, telefon və sosial şəbəkələr əsridir. Bütün əsas şəbəkələrdə şirkətimizin səhifələrini yaratmışıq. Ora səbətlərin hazırlanması və məhsulılarımız barədə məlumatları yerləşdirmişik. Hətta slyahıya daxil olan məhsulların necə yetişdirildikləri ilə bağlı videolar da qoymuşuq. Müştərilərimiz bura daxil olmaqla istədikləri məhsullarla istədikləri sayda və qiymətdə Gəncə səbətləri sifariş edə bilirlər” deyə Hacı Rövşən Məmmədov satış prosesini izah edir.

"Əksəriyyət Gəncə Səbətini hədiyyə kimi yox, gündəlik istifadə üçün alır"

Bununla yanaşı, qeyd edək ki, əksəriyyət Gəncə Səbətini təkcə hədiyyə kimi deyil,   gündəlik istifadə üçün alır. «Buna görə də bizim hər gün sifarişimiz var, əsas satışımız bu alıcılaradır. Belələri təbii natural qidalardan istifadə etmək istəyənlərdir. Müştərilərin 70-75%-ni Bakı şəhəri təşkil edir. Amma rayonlarda, xüsusilə ətrafda, Ağstafadan tutmuş Şəmkir, Qazax, Goranboy, Yevlax rayonlarından da alıcılarımız böyükdür».

Hacı Rövşən Məmmədov FED.az-a bildirib ki, gələcəkdə şirkət bu adı pamentləşdirmək və müəllif hüquqünu qorumaq niyyətindədir.

"Kənardan baxaraq bu biznesə başlamaq asan deyil"

Hərçənd, onun sözlərinə görə, bunsuz da kimsə bu addan istifadə edib oxşar biznesə başlamaq istəsə eyni uğuru əldə edə bilməyəcək: «Çünki burada tələb olunan, əsas məsələ sayılan məhsulun təbiiliyini təmin etmək sadəcə mümkün olmayacaq. Bizim zəmanətimiz odur ki, biz özümüz istehsalçıyıq, yəni səbətə qoyulan malların əksəriyyətini özümüz istehsal edirik və bazardan asılı deyilik».

Bəzi məhsulların kənardan hazırlanması isə ümumiyyətlə mümkün deyil: «Bu elə bir işdir ki, mən bunu tam izah etsəm də heç kimi bunu bizdəki kimi həyata keçirə bilməz, çünki mürəkkəb işdir və bura böyük resurslar lazımdır. Təkcə bizim bişirdiyimiz çörəyi əldə etmək üçün böyük imkanlar və böyük təcrübə lazımdır».

Bununla yanaşı,  «Nur Halal Gəncə Səbəti» yaxın vaxtlarda Bakıda filialını açmaq və şəbəkəsini yaratmaq, biznesi genişləndirmək niyyətindədir.

Məqsəd Rəhimov, Gəncə

Gəncənin sakitcə parlayan brendi - Dubaya qədər gedib çıxan «Gəncə Səbətləri» - FOTOLAR | FED.azGəncənin sakitcə parlayan brendi - Dubaya qədər gedib çıxan «Gəncə Səbətləri» - FOTOLAR | FED.azGəncənin sakitcə parlayan brendi - Dubaya qədər gedib çıxan «Gəncə Səbətləri» - FOTOLAR | FED.azGəncənin sakitcə parlayan brendi - Dubaya qədər gedib çıxan «Gəncə Səbətləri» - FOTOLAR | FED.azGəncənin sakitcə parlayan brendi - Dubaya qədər gedib çıxan «Gəncə Səbətləri» - FOTOLAR | FED.azGəncənin sakitcə parlayan brendi - Dubaya qədər gedib çıxan «Gəncə Səbətləri» - FOTOLAR | FED.azGəncənin sakitcə parlayan brendi - Dubaya qədər gedib çıxan «Gəncə Səbətləri» - FOTOLAR | FED.az
Banner
Banner
  • səbət
  • İsmət Rəhimov
  • Moskva
  • Gəncə
  • brend
  • Dubay
  • Gəncə Səbətləri
  • Novruz Bayramı
  • Vilayət Qurbanov
Paylaş

Digər xəbərlər

“Bakı Mexaniki-Təmir” ATSC səhmdarlarının nəzərinə!
Biznes 10 İyun 2023
“Bakı Mexaniki-Təmir” ATSC səhmdarlarının nəzərinə!
Sahibkarlıq sahəsində yoxlamalarla bağlı qanuna mühüm dəyişikliklər - QƏBUL EDİLDİ
Biznes 9 İyun 2023
Sahibkarlıq sahəsində yoxlamalarla bağlı qanuna mühüm dəyişikliklər - QƏBUL EDİLDİ
“Almet Holding” istehlakçılarda yaranan çaşqınlıqla bağlı - AÇIQLAMA YAYDI
Biznes 9 İyun 2023
“Almet Holding” istehlakçılarda yaranan çaşqınlıqla bağlı - AÇIQLAMA YAYDI
Gəncədə İtaliya şirkətilə alman traktorları yığılacaq – XARİCƏ İXRAC EDİLƏCƏK – İMZALANMA
Biznes 9 İyun 2023
Gəncədə İtaliya şirkətilə alman traktorları yığılacaq – XARİCƏ İXRAC EDİLƏCƏK – İMZALANMA
“Bərdə Yun” ASC səhmdarlarının nəzərinə!
Biznes 9 İyun 2023
“Bərdə Yun” ASC səhmdarlarının nəzərinə!
“United Payment” MMC  yerli şirkətlərə dəstək məqsədi ilə sərgidə - İŞTİRAK EDİR
Biznes 8 İyun 2023
“United Payment” MMC yerli şirkətlərə dəstək məqsədi ilə sərgidə - İŞTİRAK EDİR
Orxan Məmmədov: "4 ildə KOB subyektlərinin sayı 45 faiz artıb"
Biznes 8 İyun 2023
Orxan Məmmədov: "4 ildə KOB subyektlərinin sayı 45 faiz artıb"
KOBİA: "İşğaldan azad edilmiş ərazilərdə KOB evləri yaradılacaq"
Biznes 8 İyun 2023
KOBİA: "İşğaldan azad edilmiş ərazilərdə KOB evləri yaradılacaq"
Sahib Məmmədov: "Sahibkarlara dəstək üçün yeni alətlər tətbiq ediləcək"
Biznes 8 İyun 2023
Sahib Məmmədov: "Sahibkarlara dəstək üçün yeni alətlər tətbiq ediləcək"
“Avrora” “Best Managed Companies” müsabiqəsinin - QALİBİ SEÇİLİB
Biznes 8 İyun 2023
“Avrora” “Best Managed Companies” müsabiqəsinin - QALİBİ SEÇİLİB
Türkiyənin «Aras Cargo» şirkəti Azərbaycanın məşhur - KARQO ŞİRKƏTİNİ SATIN ALDI – ÇATDIRMA BAZARI DƏYİŞƏCƏK
Biznes 8 İyun 2023
Türkiyənin «Aras Cargo» şirkəti Azərbaycanın məşhur - KARQO ŞİRKƏTİNİ SATIN ALDI – ÇATDIRMA BAZARI DƏYİŞƏCƏK
Daha bir təsərrüfat güzəştli kredit aldı - 200 MİN MANAT - MİKAYIL CABBAROV AÇIQLADI
Biznes 7 İyun 2023
Daha bir təsərrüfat güzəştli kredit aldı - 200 MİN MANAT - MİKAYIL CABBAROV AÇIQLADI
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • “Azəri Star Kredit” BOKT-un gəlirləri sürətlə azalır, zərərlə işləyir və kiçilməkdədir - HESABAT
    18:12 10 İyun 2023
  • CityNet GameSummit festivalının - ƏSAS TƏRƏFDAŞIDIR
    17:38 10 İyun 2023
  • Risksiz təlim hesabı aç - Qazanmaq üçün təcrübə topla
    17:22 10 İyun 2023
  • Samir Şərifovun sədrliyi ilə “Xəzər Dəniz Gəmiçiliyi”nin Müşahidə Şurasının - İCLASI KEÇİRİLİB
    17:17 10 İyun 2023
  • S&P: "Azərbaycan daha çox yerli maliyyələşdirməyə keçməyi planlaşdırır"
    14:01 10 İyun 2023
  • Səfir: "Kaxovka bəndinin partladılması Ukraynaya 14 milyard dollar zərər vurub"
    13:57 10 İyun 2023
  • SOCAR Ukraynaya 20 ton - YANACAQ VERİB
    13:50 10 İyun 2023
  • DSX-nin hərbçisi özünü güllələyərək öldürüb
    13:38 10 İyun 2023
  • AMB-nin valyuta ehtiyatları 2027-ci ilədək $12,6 milyarda qədər artacaq - PROQNOZ
    13:20 10 İyun 2023
  • Taksilərlə bağlı yeni qaydalar müəyyənləşəcək - AÇIQLAMA - VİDEO
    13:05 10 İyun 2023
  • 35 dərəcə isti - BAZAR GÜNÜNÜN HAVA PROQNOZU
    12:54 10 İyun 2023
  • “ASAN ödəniş” sistemi adından saxta səhifə yaradılıb - XƏBƏRDARLIQ
    12:40 10 İyun 2023
  • Azərbaycanda tədarük məntəqələrinə 290 ton yaş barama - TƏHVİL VERİLİB
    12:35 10 İyun 2023
  • “Grand Hayat Management” MMC - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    12:26 10 İyun 2023
  • “Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirən yeni nəqliyyat kommunikasiyaları tikiləcək” - MÜSAHİBƏ
    12:23 10 İyun 2023
  • MİDA-dan - TENDER ELANI
    12:16 10 İyun 2023
  • S&P Azərbaycanın iqtisadi artım proqnozunu - AÇIQLAYIB
    12:15 10 İyun 2023
  • Dövlət Sərhəd Xidməti 5 tenderin nəticələrini açıqladı - QALİBLƏR, MƏBLƏĞLƏR
    12:04 10 İyun 2023
  • S&P: Azərbaycanın qaz hasilatı 2026-cı ilə kimi 7% artacaq
    12:03 10 İyun 2023
  • İpoteka Fondunun xətti ilə - 44 761 İPOTEKA KREDİTİ VERİLİB
    11:52 10 İyun 2023
  • Balakəndə 12 min tondan çox tərəvəz - İSTEHSAL OLUNUB
    11:44 10 İyun 2023
  • S&P: "ACE layihəsi üzrə maksimal neft hasilatı 100 min barel olacaq"
    11:35 10 İyun 2023
  • Zakir Həsənov təxribatların qarşısını almaqla bağlı - GÖSTƏRİŞLƏR VERDİ
    11:28 10 İyun 2023
  • Taxıl və taxıl məhsullarına aid yeni dövlət standartları - QƏBUL EDİLİB
    11:19 10 İyun 2023
  • Dövlət Xidməti: 43 bazar subyekti reklam qanunvericiliyinin tələblərini pozub
    11:14 10 İyun 2023
  • “Azərpoçt” ABA-ya - ÜZV OLDU
    11:05 10 İyun 2023
  • S&P: Bu il Azərbaycanda inflyasiya 12% təşkil edəcək
    10:55 10 İyun 2023
  • SOCAR İsveçrədə ilk hidrogen - Yanacaqdoldurma Məntəqəsini Açıb
    10:43 10 İyun 2023
  • Gömrüklə bağlı saziş - TƏSDİQ EDİLDİ
    10:37 10 İyun 2023
  • "Azərkosmos" Agentliyi dörd - TENDER ELAN EDİR
    10:36 10 İyun 2023
  • "SOCAR-Nefteqazstroy"un - DİREKTORU DƏYİŞDİ
    10:30 10 İyun 2023
  • S&P: "2025-ci ilə qədər Azərbaycanda inflyasiya tədricən 5%-ə enəcək"
    10:25 10 İyun 2023
  • “İnvest Holding LLM” MMC - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    10:21 10 İyun 2023
  • S&P Azərbaycanın suveren reytinqini - “BB+/B” SƏVİYYƏSİNDƏ TƏSDİQLƏYİB
    10:21 10 İyun 2023
  • 2026-cı ilədək dolların məzənnəsi nə qədər olacaq? - “S&P” beynəlxalq reytinq agentliyi - AÇIQLADI
    10:16 10 İyun 2023
  • Santexnika mallarının alınması ilə bağlı - TENDER ELANI
    10:13 10 İyun 2023
  • İstanbulda “SOCAR Türkiyə”nin İdarə Heyətinin - İCLASI KEÇİRİLİB
    10:12 10 İyun 2023
  • Bakı-Ağstafa-Bakı marşrutu üzrə 2 əlavə qatar reysi - TƏYİN EDİLİB
    10:08 10 İyun 2023
  • "Agro Red" MMC - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    10:05 10 İyun 2023
  • Azərbaycan neftinin qiyməti dəyişməyib
    10:05 10 İyun 2023
  • Ermənilər Daşkəsən, Xocalı və Şuşadakı mövqelərimizi - ATƏŞƏ TUTDU
    10:02 10 İyun 2023
  • Dövlət qurumu 7300 dəst feremon tələ alır - TENDER ELANI
    09:57 10 İyun 2023
  • “Merser Trade” MMC - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    09:49 10 İyun 2023
  • Dövlət agentliyi yeməkxana və mətbəx ləvazimatları alır - TENDER ELANI
    09:41 10 İyun 2023
  • Şahdağ Turizm Mərkəzinin daha bir - TENDERİ LƏĞV OLUNDU
    09:34 10 İyun 2023
  • "Azroşen” MMC - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    09:26 10 İyun 2023
  • Dövlət agentliyi boya məhsulları alır - TENDER ELANI
    09:19 10 İyun 2023
  • Mərkəzi Bank daha bir tenderə yekun vurdu
    09:13 10 İyun 2023
  • Dövlət qurumu ehtiyat hissələr alır - TENDER ELANI
    09:04 10 İyun 2023
  • “Bakı Mexaniki-Təmir” ATSC səhmdarlarının nəzərinə!
    08:57 10 İyun 2023
  • “Kövsər Nəşriyyat-Poliqrafiya” MMC - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    08:50 10 İyun 2023
  • Şahdağ Turizm Mərkəzinin - TENDERİ LƏĞV OLUNDU
    08:42 10 İyun 2023
  • "Xəzər-XXI Əsr” MMC - MƏHKƏMƏYƏ VERİLİB
    08:37 10 İyun 2023
  • Dövlət qurumu 775 min manatlıq mobil terminal, planşet və printer aldı
    08:30 10 İyun 2023
  • ÜÇÜNCÜ BİLDİRİŞ – LPO “Günay Bank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi barədə məlumat
    21:40 9 İyun 2023
  • «Para BOKT»un zərəri 3 dəfə azalıb – HESABAT
    18:08 9 İyun 2023
  • Vətəndaşlara pulsuz mobil internet və danışıq dəqiqələri qazanmaları təklif edilir - DİQQƏT
    18:01 9 İyun 2023
  • Dolların bazar ertəsinə olan məzənnəsi - AÇIQLANDI
    17:47 9 İyun 2023
  • Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb - SİYAHI
    17:42 9 İyun 2023
  • “AzerGold” və CASPISNET arasında görüş keçirilib - FOTOLAR
    17:31 9 İyun 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!