Sentyabrın 20-də ''Gəncə İş Adamları'' İctimai Birliyi ilə Cənubi Koreyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Tonq Op Kim ilə olduqca məhsuldar alınan görüş keçirildi. Görüşdə İdarə Heyətinin Sədri Zəfər Məmmədov, İdarə Heyətinin üzvləri, həmçinin Gəncə Tekstil ASC-nin müşahidə Şurasının Sədri Qabil Əliyev və Starmining MMC-nin İcraçı Direktoru Tural İsgəndərov iştirak ediblər.
FED.az xəbər verir ki, görüşdə ''Gəncə İş Adamları'' nın fəaliyyəti ilə bağlı cənab səfirə məlumat verilib.
Səfir bu günə qədər Gəncə şəhəri ilə sıx əlaqələrin olmadığını təəssüf hissi ilə qeyd edib. Məhz buna görə də ilk növbədə Koreya İş Adamları Palatası ilə ''Gəncə İş Adamları Birliyi'' arasında əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunub. Müzakirələrin ölkələrimiz arasında əməkdaşlığın daha da inkişafına böyük təkan verəcəyinə inandığını deyib. Həmçinin yaxın gələcəkdə Koreya İş Adamları Palatasının Gəncə şəhərinə səfəri ilə bağlı müzakirələr aparılıb. Cənab səfir Tonq Op Kim səfərdən məmnunluq duyacağını bildirib.
Gələn il Cənubi Koreya ilə Azərbaycan dövlətləri arasında qarşlılıqlı əlaqələrin başlanmasının 30 illiyi qeyd olunacaq. Növbəti illərdə əlaqələrin mütləq şəkildə daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Görüşün sonunda səfirə dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunan əl işləri, eləcə də digər xatirə hədiyyələri təqdim olunub.