Qida Təhlükəsizliyi Agentliyinin monitorinqləri zamanı Gəncədə antisanitariya şəraitində içalat və dəri sexi aşkar edilib.
FED.az xəbər verir ki, Agentliyin əməkdaşları Gəncə şəhəri, Ə.Əliyev küçəsi, ev 307 a ünvanındakı fiziki şəxs Zeynalov Əkbər İbrahim oğluna məxsus müəssisəyə baxış keçiriblər.
Eləcə də bax: Gəncədə taxta bazarında yanğın - FOTO - VİDEO
Məlum olub ki, sexdə iri və xırdabuynuzlu heyvanların dərisinin qəbulu, ilkin emalı, tədarükü və daxili orqanlarının təmizlənməsi prosesi texniki-normativ tələblərə və baytarlıq-sanitariya qaydalarına riayət olunmadan aparılır.
O cümlədən dərinin ilkin emalı zamanı baytarlıq-sanitariya qaydaları kobud şəkildə pozulur, heyvanın dərisinin qəbulu və daşınması baytarlıq şəhadətnaməsi olmadan həyata keçirilir.
Sexdə emal edilən məhsulların və xammalın sağlam təsərrüfatlardan qəbulu şübhə doğurduğundan və sözügedən müəssisədə yoluxucu xəstəlikərin ətraf mühitə yayılma riski yüksək olduğundan aşkarlanan nöqsanlar aradan qaldırılana qədər müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.