24 noyabr 2023-cü il saat 10.00-da “Gəncə Universam” QSC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
FED.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Cəmiyyətin ləğv edilməsi.
2. Ləğvetmə komissiyasının yaradılması.
3. Ləğvetmə komissiyasının səlahiyyətlərinin müəyyənləşdirilməsi.
4. Digər məsələlər.
Səhmdarlar gündəlikdəki məsələ-lərə aid sənədlərlə tanış olmaq üçün həftənin iş günləri saat 10.00-dan 13.00-dək cəmiyyətin idarə heyətinin sədrinə müraciət edə bilərlər.
Əlaqə telefonu- 022-266-45-92.
Ünvan- Gəncə şəhəri, H.Əliyev prospekti 149.