“Gəncə Şərab-2 “ ASC səhmdarları toplanacaq. FED.az xəbər verir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən aprelin 11-də səhmdarların illik ümumi yığıncağı keçiriləcəkdir.
Gündəlikdəki məsələlər:
1. Səhmdar cəmiyyətin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabat.
2. Səhmdar cəmiyyətin illik maliyyə hesabatlarının, mühasibat balansının, mənfəət və zərər hesabatlarının təsdiq edilməsi.
3. Mənfəətin böluşdürülməsi, dividendin elan olunması və ödənilmə müddəti haqqında.
Səhmdarların ümumi yığıncağının gündəliyi üzrə materiallarla müəssisənin mühasibatlığında tanış olmaq mümkündür.
Yığıncaq 11 aprel 2019-cu il saat 15.00-da Gəncə şəhəri, Kənar küçəsi 3 nömrəli ünvanda “Gəncə Şərab -2” ASC-nin inzibatı binasında keçiriləcəkdir.
Eləcə də bax: Yeni telekommunikasiya şirkəti yaradılıb