“Gəncə Şərab -2” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
FEDşaz xəbər verir ki, səhmdarlarının ümumi yığıncağı 29 mart 2021-ci il saat 10.00-da Gəncə şəhəri, Zaur İsmayılov küçəsi 86 (Kənar küçəsi 3) nömrəli ünvanda keçiriləcəkdir.
yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Hüquqi şəxsin yenidən təşkil edilərək təşkilati-hüquqi formasını dəyişməsi və “Gəncə Şərab -2” ASC-nin MMC-yə çevrilməsi.
2. “Gəncə Şərab-2” ASC-nin təşkilati-hüquqi formasını dəyişməsi ilə əlaqədar Milli Depozit Mərkəzindəki səhmlərinin dövriyyədən çıxarılması və ləğv olunması.
3. Nizamnamənin yeni redaksiyada təsdiq olunması.
4. Digər məsələlər.