«Gəncə Şərab-1» ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çatırılıb.
FED.az xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da “Gəncə Şərab-1” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Yığıncağın əsas məsələsi - şirkətin Dövlət Vergi Xidmətinə, DSMF-yə və s. təşkilatlara borcların ödənilməsi məsələsinin müzakirəsidir.
Xatırladaq ki, nizamnamə kapitalı 730 524 manat olan “Gəncə Şərab-1” ASC 1998-ci ildə yaradılıb, qanuni təmsilçisi Mirməhəmməd Həmid oğlu Məmmədovdur. Şirkət riskli vergi ödəyicisi olmasa da, 30 min manata yaxın vergi borcu var.














