“Gəncə Körpü Tikinti-2” ASC səhmdarlarının ümumi yığıncağı təxirə salınıb.
FED.az xəbər verir ki, cəmiyyətin səhmdarlarının 2019-cu ilə növbəti illik ümumi yığıncağının çağırılması Vətən Müharibəsi və COVID–19 pandemiyası, eyni zamanda, yolların bağlı olması ilə əlaqədar qeyri-müəyyən vaxta keçirilir. Ümumi yığıncağın keçirilmə vaxtı barədə səhmdarlara əlavə məlumat veriləcəkdir.