Gəncə – Daşkəsən iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarları 18 dekabr 2021-ci il tarixində ”Gəncə İş Adamları” İctimai Birliyinin təqdimatı və “Zəfər İşığı” LED lampa zavodunun açılışı münasibəti ilə keçiriləcək tədbirə dəvət edirəm
Bu barədə FED.az-a ”Gəncə İş Adamları” İctimai Birliyinin rəhbəri Zəfər Məmmədov məlumat verib.
Onun sözlərinə görə, ”Gəncə İş Adamları” İctimai Birliyi Gəncə – Daşkəsən iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin təşkilatlanması və regionda çoxsaylı yeni iş yerlərinin açılması məqsədi ilə yaradılıb.
Zəfər Məmmədov Gəncə – Daşkəsən iqtisadi rayonundakı sahibkarların kordinasiyasının və birgə fəaliyyətinin vacibliyini vurğulayaraq “İctimai birliyinin əsas hədəfi Gəncə – Daşkəsən iqtisadi rayonundakı sahibkarlıq subyektlərinin fəliyyətinin genişləndirilməsi, maliyyə mənbələrinin tapılması və fəaliyyət prosesində yaranan maneələrin birgə aradan qaldırılması üçün onlara dəstək göstərməkdir,”-deyə qeyd edib.
Qeyd edək ki, tarixində ”Gəncə İş Adamları” İctimai Birliyinin təqdimatı 18 dekabr saat 11:00–da Gəncə şəhəri, Gəncə Dövlət Filarmoniyasında keçiriləcəkdir.
Tədbir haqqında buradan daha ətraflı məlumat əldə edə və tədbirdə iştirak üçün qeydiyyatdan keçə bilərsiniz.